Cümə, 6 Ferval, 2026
Tarix: 06 Feb 2026 01:53
ABŞ-ın maliyyə naziri Skott Bessent Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqinin Ukrayna üzrə aparılacaq danışıqların nəticələrindən asılı olacağını bildirib. APA xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bessentin sözlərinə görə, növbəti sanksiya paketi kölgə donanmasına daxil olan tankerlərə qarşı məhdudiyyətləri də əhatə edə bilər. “Biz sülh danışıqlarının nəyə gətirib çıxaracağına baxacağıq”, – deyə o qeyd edib.