Bazar ertəsi, 9 Ferval, 2026
Tarix: 09 Feb 2026 01:28
Livanın şimalındakı Tripoli şəhərində köhnə beşmərtəbəli binanın çökməsi nəticəsində çoxlu sayda yaralı və tələfat qeydə alınıb.
APA “əl-Cəzira”ya istinadən xəbər verir ki, hadisə nəticəsində dağıntılar altında qalanları çıxarmaq üçün intensiv xilasetmə əməliyyatları davam edir.
Məlumata görə binanın çökməsi bazar günü günortadan sonra baş verib. İlkin məlumata görə, sakinlər və xilasetmə qrupları dağıntılar altından dörd nəfəri sağ çıxara biliblər və itkin düşmüş digər şəxslərin axtarışı davam edir.