Mask Ayda və Marsda şəhərlər salmağı vəd edib

Tarix: 09 Feb 2026 04:59

Amerikalı sahibkar İlon Mask, “SpaceX”in yaxın onilliklərdə Ayda və Marsda şəhərlər tikəcəyini və ilk növbədə Yer kürəsinin peykinə diqqət yetirəcəyini açıqlayıb.

APA xəbər verir ki, Mask bu barədə öz “X” hesabında məlumat verib.

"Bilməyənlər üçün deyim ki, “SpaceX” artıq diqqətini Ayda özünü təmin edən bir şəhərin inşasına yönəldib və biz buna on ildən az müddətdə nail ola bilərik. “SpaceX” həmçinin təxminən beş-yeddi ildən sonra Marsda bir şəhər tikməyi hədəfləyəcək...", - sahibkar yazıb.

Mask qeyd edib ki, Marsa uçuşlar yalnız Günəş Sisteminin planetlərinin dəqiq şəkildə düzüldüyü dövrlərdə; hər 26 aydan bir mümkün olacaq və səyahətin özü altı ay çəkəcək.

Onun sözlərinə görə, Aya raketlər hər on gündən bir buraxıla bilər və səyahətin özü iki gün çəkəcək ki, bu da Yer kürəsinin peykində daha tez bir şəhər tikməyə imkan verəcək.

Xəbər Lenti