İsrail ordusu Qəzzada tuneldən çıxan silahlılara zərbə endirib, 4 nəfər ölüb

Tarix: 09 Feb 2026 13:11

İsrail Müdafiə Qüvvələri (IDF) bu gün Qəzza zolağının Rəfah şəhərinin şərqində yerləşən yeraltı tuneldən çıxan silahlı şəxslərə qarşı əməliyyat keçirib.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin yaydığı məlumatda bildirilib.

Məlumata görə, İsrail hərbçiləri yeraltı tuneldən çıxan 4 silahlını müəyyən edib. Bundan sonra İsrail Hava Qüvvələri tərəfindən həmin əraziyə hava zərbələri endirilib.

Qeyd edilib ki, zərbələr nəticəsində 4 silahlı zərərsizləşdirilib.

İsrail ordusu hadisəni "atəşkəs razılaşmasının aydın şəkildə pozulması" olaraq qiymətləndirib.

Qeyd edilib ki, silahlıların yeraltı tunellərdə zərərsizləşdirilməsi məqsədilə əməliyyatlar davam etdirilir.

İlqar Xudiyev Qəzza İsrail ordusu atəşkəsin pozulması silahlıların zərərsizləşdirilməsi

Xəbər Lenti