Bazar ertəsi, 9 Ferval, 2026
Tarix: 09 Feb 2026 14:16
Kreml Rusiya Prezidenti Vladimir Putinin ABŞ-dan dondurulmuş aktivlərinin bir hissəsini "Sülh Şurası"na yönləndirmək təklifinə hələ cavab almayıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiyanın "Sülh Şurası"nda mümkün iştirakı mövzusu hələ də Xarici İşlər Nazirliyi tərəfindən müttəfiqlər və tərəfdaşlarla birlikdə araşdırılır.
Kremlin sözçüsü Rusiya Federasiyası ilə ABŞ arasında Ankoricdə əldə olunan razılaşmaların həyata keçirilməsi üzrə işlərin davam etdiyini də bildirib.
Peskov vurğulayıb ki, “Ankoric ruhu” Rusiya və ABŞ arasında irəliləyişə, o cümlədən Moskva və Kiyev arasında nizamlanmaya gətirib çıxara biləcək qarşılıqlı anlaşmalar toplusudur.
Fərid Əkbərov Kreml ABŞ dondurulmuş aktivlər "Sülh Şurası"