Bazar ertəsi, 9 Ferval, 2026
Tarix: 09 Feb 2026 19:01
ABŞ hərbçiləri Hind okeanında xam neft daşıyan sanksiya altındakı tankeri ələ keçirib.
APA xəbər verir ki, bu barədə Pentaqonun “X” hesabında bildirilib.
Pentaqonun məlumatına görə, gəmi ABŞ-ın sanksiya rejimini pozaraq fəaliyyət göstərib.
Açıqlamada deyilir ki, ABŞ hərbçiləri “Aquila II” gəmisini ələ keçirib. Bu əməliyyat ABŞ Hərbi Dəniz Qüvvələrinin Hind-Sakit Okean Komandanlığının məsuliyyət zonasında aparılıb.
İlqar Xudiyev ABŞ kölgə donanması tankerin ələ keçirilməsi