Vens: İranla bağlı növbəti addımları Donald Tramp müəyyən edəcək

Tarix: 09 Feb 2026 20:15

ABŞ administrasiyası İranda hökumət əleyhinə etirazların iştirakçılarını dəstəkləyir.

APA xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransında amerikalı jurnalistin sualını cavabında deyib.

“Prezidentimiz İrandakı dinc etirazçıların yanında olduğumuzu, onları dəstəklədiyimizi bildirib”, - o bildirib.

ABŞ-İran danışıqlarına toxunan Vens qeyd edib ki, bu məsələ ilə bağlı növbəti addımlar Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp tərəfindən müəyyən ediləcək.

Xəbər Lenti