Ermənistan ABŞ-dan V-BAT pilotsuz uçuş aparatları əldə edib

Tarix: 09 Feb 2026 19:49

Ermənistan hərbi və müdafiə tərəfdaşlığı çərçivəsində ABŞ-dan V-BAT pilotsuz uçuş aparatları əldə edib.

APA xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda ABŞ-ın vitse-prezidenti Cey Di Venslə mətbuata birgə bəyanatında bildirib.

Onun sözlərinə görə, V-BAT pilotsuz uçuş aparatlarının effektivliyi geniş istifadə təcrübəsi ilə sübut olunub və bu, Ermənistanın müdafiə qabiliyyətinin gücləndirilməsinə əhəmiyyətli dərəcədə töhfə verəcək.

“Ermənistan-ABŞ hərbi və müdafiə tərəfdaşlığında əhəmiyyətli irəliləyişlər əldə etmişik”, - Paşinyan qeyd edib.

Paşinyan onu da qeyd edib ki, Ermənistanla Amerika Birləşmiş Ştatları arasında əməkdaşlığın əsasını tək bir məqsəd təşkil edir: sülh və sabitlik.

ABŞ-la bütün hərəkətlərimiz və əməkdaşlığımız sülhə və sabitliyə yönəlib və mən əminəm ki, bu məqsədə nail olmaq mümkündür”, - o vurğulayıb.

Xəbər Lenti