Orban: Hər həftə Avropanı müharibəyə yaxınlaşdıran hadisələr baş verir

Tarix: 09 Feb 2026 22:56

Macarıstanın Baş naziri Viktor Orban NATO-nun baş katibi Mark Rüttenin alyans qüvvələrinin Ukraynada quruda, dənizdə və havada mövcudluğunun zəruriliyi ilə bağlı açıqlamalarını tənqid edib. APA xəbər verir ki, Orban bu barədə "X" hesabında yazıb. Orbanın sözlərinə görə, bu cür bəyanatlar Avropanı münaqişəyə birbaşa cəlb olunmağa doğru itələyir.

“ Hər həftə Avropanı müharibəyə yaxınlaşdıran hadisələr baş verir”, – deyə Baş nazir vurğulayıb.

Xəbər Lenti