Çərşənbə axşamı, 10 Ferval, 2026
Tarix: 10 Feb 2026 00:23
Meksika ABŞ tərəfindən ticarət rüsumlarının tətbiqi təhlükəsi səbəbindən Kubaya neft tədarükünü müvəqqəti dayandırıb, lakin humanitar yardımı davam etdirəcək. APA xəbər verir ki, bu barədə Meksika Prezidenti Klaudiya Şeynbaum mətbuat konfransında bildirib.
Prezidentin sözlərinə görə, hazırda neftin ixracı dayandırılıb və məqsəd Meksika üçün mümkün mənfi nəticələrin qarşısını almaqdır.
Onun sözlərinə görə, ABŞ-ın məhdudiyyətləri Kuba xalqına qarşı ədalətsizdir və ölkədə xəstəxanalar və məktəblər üçün yanacaq çatışmazlığı səbəbindən əhali əziyyət çəkir.
Şeynbaum vurğulayıb ki, Meksika Kubaya humanitar dəstəyi dayandırmayacaq.