Konqoda mədəndə torpaq sürüşməsi nəticəsində azı 11 nəfər ölüb

Tarix: 09 Feb 2026 23:50

Demokratik Konqo Respublikasının cənubunda yerləşən şaxtada torpaq sürüşməsi nəticəsində 10-dan çox insan həlak olub. APA xəbər verir kio, bu barədə "Actualite" portalı məlumat yayıb.

Məlumata görə, uzunmüddətli yağışlardan sonra mis və kobaltın qeyri-qanuni hasil edildiyi şaxtada torpaq sürüşməsi baş verib. Hadisə nəticəsində azı 11 nəfər ölüb, daha 6 nəfər xəsarət alıb. Faciə fevralın 7-nə keçən gecə baş versə də, bu barədə məlumat yalnız indi yayılıb.

Xəbər Lenti