Çərşənbə axşamı, 10 Ferval, 2026
Tarix: 10 Feb 2026 02:56
ABŞ-ın Corciya ştatının Qeynsvill şəhərində birmühərrikli "Hawker Beechcraft BE-36" tipli təyyarə sıx hərəkətli avtomobil yoluna məcburi eniş edib və bir neçə avtomobilə ziyan dəyib. APA xəbər verir ki, bu barədə "Fox5" məlumat yayıb.
Pilotun sözlərinə görə, təyyarə Qeynsvilldən qalxdıqdan sonra mühərrik sıradan çıxıb. O bildirib ki, təlimata uyğun olaraq geri qayıtmağa cəhd edib, lakin aerodroma çata bilməyəcəyini anlayaraq yola enməyə qərar verib.
Məlumata görə, hadisə nəticəsində yüngül xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib. Hüquq-mühafizə orqanları hazırda araşdırmanı davam etdirir və dəyən zərəri qiymətləndirir.