Çində qızıl mədənində baş verən qəza nəticəsində yeddi nəfər ölüb

Tarix: 10 Feb 2026 04:18

Çinin şərqində yerləşən Şandun əyalətində qızıl mədənində baş verən qəza nəticəsində azı yeddi nəfər həlak olub. APA xəbər verir ki, bu barədə “Penpay” nəşri məlumat yayıb.

Məlumata görə, hadisə Çjaoyuan şəhər dairəsində yerləşən Tsançjuan qızıl mədənində qeydə alınıb. Qəza nəticəsində şaquli şaxtada qaldırıcı qəfəsin düşdüyü bildirilir.

Fevralın 7-də baş vermiş qəzanın səbəbləri ilə bağlı araşdırmaya başlanılıb. Eyni zamanda, hadisə barədə məlumatın gizlədilməsinə cəhd göstərilməsi ilə əlaqədar şaxtanı istismar edən şirkət barəsində də ayrıca araşdırma aparılır.

Xəbər Lenti