Yaponiya Ukrayna üçün qeyri-döyüş təyinatlı avadanlıq alacaq

Tarix: 10 Feb 2026 05:48

Yaponiya hökuməti NATO tərəfindən yaradılmış Ukraynaya dəstək üzrə PURL proqramına qoşulmaq qərarı verib. APA xəbər verir ki, bu barədə Yaponiyanın ictimai televiziya şirkəti məlumat yayıb. Proqram çərçivəsində Tokio ABŞ istehsalı olan avadanlığı alaraq Kiyevə ötürəcək.

Qeyd olunub ki, Yaponiyanın ayıracağı vəsait yalnız qeyri-döyüş təyinatlı avadanlıq və ləvazimatların alınmasına yönəldiləcək. Söhbət, xüsusilə radiolokasiya sistemləri və zirehli gödəkçələrdən gedir.

Məlumata görə, Yaponiya bu qərarı artıq bir neçə NATO üzvü ölkəyə və Ukraynaya çatdırıb.

Xəbər Lenti