Lavrov: Ukrayna üzrə danışıqlar davam edir, hələ uzun məsafə var

Tarix: 10 Feb 2026 10:25

Ukrayna üzrə danışıqlar davam edir, qarşıda hələ uzun məsafə var.

APA xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov N TV telekanalına müsahibəsində deyib.

“Biz dəfələrlə demişik ki, baş verənlərə həddindən artıq həyəcanla yanaşmamalıyıq ki, bəs, ABŞ Prezidenti Donald Tramp avropalıları, Volodimir Zelenskini “yerinə otuzdurub” və onlardan icra etmələrini tələb edir... Əgər biz Ukraynada sülh istəyiriksə, bu, yaxşıdır, amma hələ orada deyilik”, - nazir bildirib.

Danışıqların davam etdiyini vurğulayan Lavrov ikinci raundun Əbu-Dabidə keçirildiyini xatırladıb.

“Orda hələ çox məsafə var”, - Rusiya XİN rəhbəri fikrini yekunlaşdırıb.

İlqar Xudiyev Lavrov sülh danışıqları Ukrayna Rusiya ABŞ Rusiya xarici işlər naziri Ukrayna Əbu-Dabi

Xəbər Lenti