Çərşənbə axşamı, 10 Ferval, 2026
Tarix: 10 Feb 2026 11:10
Brüssel Ukraynanın Avropa İttifaqına (Aİ) tam üzv olmadan əvvəl qismən üzvlük statusu əldə etməsinə imkan verəcək inqilabi mexanizm üzərində işləyir.
APA xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, bu plan Ukraynanın bütün zəruri islahatları yerinə yetirmədən əvvəl Aİ-i ilə birləşməsini təmin edəcək.
Bildirilir ki, Ukraynanın 2027-ci ildə üzvlüyə qəbulu ölkənin Avropada mövqeyini möhkəmləndirməyə və onu Moskvanın təsirindən qoparmağa xidmət edəcək.
Qeyd edilir ki, Ukrayna 2027-ci ildə Aİ-yə üzvlüyünə dair razılaşmanın Rusiya ilə bağlanacaq sülh müqaviləsinə daxil edilməsini tələb edir. Aİ rəsmiləri isə Kiyevin müraciətinin zəruriliyini vurğulayır.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski 2027-ci ildə üzvlük tarixinin təsdiqinin vacibliyini vurğulayıb.
İlqar Xudiyev Avropa İttifaqına üzvlük Ukrayna Rusiya ABŞ