Kreml Rusiya ilə Fransa arasında texniki səviyyədə əlaqələrin bərpa olunduğunu təsdiqləyib

Tarix: 10 Feb 2026 13:18

Kreml Rusiya ilə Fransa arasında texniki səviyyədə əlaqələrin bərpa olunduğunu təsdiqləyib.

APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskva ilə Paris arasında texniki səviyyədə əlaqələrin bərpa olunduğunu bildirib.

Kreml rəsmisi həmçinin qeyd edib ki, bu əlaqələr istənildiyi və zəruri olduğu təqdirdə, ən yüksək səviyyədə, tez bir zamanda dialoqun qurulmasına kömək edə bilər.

Fərid Əkbərov Rusiya Fransa Kreml Peskov

Xəbər Lenti