Lavrov Trampın qlobal enerji bazarına hakim olmaq istədiyini bildirib

Tarix: 10 Feb 2026 14:27

ABŞ Prezidenti Donald Tramp Rusiyanın NATO-nun genişlənməməsində maraqlı olduğunu açıq şəkildə etiraf edən yeganə Qərb lideridir.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, bu, böyük bir addımdır. Bununla belə, Lavrov vurğulayıb ki, Ukrayna böhranı həll olunana qədər Trampın hərəkətlərinə görə çox sevinmək olmaz.

O, Rusiyanın ABŞ-la əməkdaşlığın inkişaf etdirilməsinin tərəfdarı və Trampın komandasındakı aparıcı şəxslərin də bunda maraqlı olduğunu vurğulayıb.

Rusiya XİN rəhbəri qeyd edib ki, Tramp qlobal enerji bazarına hakim olmaq istəyir. Lavrov Trampın Rusiyadan neft və qaz alan bütün ölkələrlə əlaqə saxladığını əlavə edib.

Fərid Əkbərov Rusiya xarici işlər naziri Sergey Lavrov NATO ABŞ Prezidenti Donald Tramp

Xəbər Lenti