Rusiyanın Ukraynaya hava zərbəsində 11 yaşlı qız və anası ölüb, 14 nəfər yaralanıb

Tarix: 10 Feb 2026 15:37

Bu gün Rusiya ordusunun Ukraynanın Slavyansk şəhərinə idarə olunan hava bombaları ilə endirdiyi zərbə nəticəsində 14 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Slavyansk şəhərinin meri Vadim Lyaxaya istinadən məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində biri 7 yaşlı uşaq olmaqla 14 nəfər yaralanıb. Zərbə nəticəsində dağılmış bir evin dağıntılarının altından 11 yaşlı qız və anasının meyiti çıxarılıb.

İlqar Xudiyev Rusiya ordusu Ukrayna hava zərəbələri

Xəbər Lenti