Moskvada general Alekseyevə sui-qəsd cəhdində iştirak edən daha bir nəfər saxlanılıb

Tarix: 10 Feb 2026 15:13

Moskvada Rusiya Silahlı Qüvvələrinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini general Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdində iştirak edən daha bir şəxs saxlanılıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.

Saxlanılan şəxsin əvvəllər saxlanılan Viktor Vasinin oğlu Pavel Vasin olduğu bildirilib.

Onun cinayət iştirakçılarına kömək etdiyi bildirilib.

Pavel, təkcə general Alekseyevi deyil, Müdafiə Nazirliyinin daha iki əməkdaşını da izlədiklərini etiraf edib.

Fərid Əkbərov Rusiya Silahlı Qüvvələri rəis müavini general Vladimir Alekseyev sui-qəsd

Xəbər Lenti