Tbilisidə Saakaşvili və daha 7 müxalifət liderinin məhkəməsi başlayıb

Tarix: 10 Feb 2026 15:13

Tbilisi Şəhər Məhkəməsində Gürcüstanda dövlət əleyhinə cinayətlərdə ittiham olunan sabiq prezident Mixeil Saakaşvili və daha 7 müxalifət liderinin işi üzrə ilkin dinləmə keçirilir.

APA-nın yerli bürosu xəbər verir ki, Saakaşvili iclasda iştirak edir.

Prosesdə sübutlar nəzərdən keçirilir və işin baxılması üçün məhkəməyə göndərilməsi barədə qərarın qəbulu gözlənilir.

İclasa ABŞ və Almaniyanın Gürcüstandakı səfirliklərinin nümayəndələri də qatılıblar.

Xatırladaq ki, Gürcüstanın Baş Prokurorluğu Mixeil Saakaşvili, müxalifət liderləri - Giorgi Vaşadze, Nika Qvramiya, Nika Meliya, Zurab Caparidze, Elene Xoştariya, Mamuka Xazradze və Badri Caparidzeyə qarşı ötən ilin noyabrın 6-da cinayət işi açıb. Onlar Gürcüstanda konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsinə və ya dövlət hakimiyyətinin devrilməsinə çağırışlarda, dövlət əleyhinə diversiya, xarici dövlətin düşmənçilik fəaliyyətinə dəstək, dövlət əleyhinə fəaliyyətin maliyyələşdirilməsində ittiham edilirlər.

Cəmilə Babayeva Tbilisi Saakaşvili Gürcüstan

Xəbər Lenti