KİV: Yunanıstan və Malta Rusiya nefti ilə bağlı yeni sanksiyaların tətbiqinə mane olub

Tarix: 10 Feb 2026 15:55

Yunanıstan və Malta Avropa İttifaqının (Aİ) Rusiya neftinin daşınması üçün zəruri olan xidmətlərin qadağan edilməsini nəzərdə tutan yeni sanksiyaların qəbuluna mane olub.

APA xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, hər iki ölkənin nümayəndələri Aİ üzv dövlətlərinin səfirlərinin toplantısında təklif olunan sanksiyalarla bağlı narahatlıqlarını ifadə ediblər. Həmin iclasda Rusiyaya qarşı növbəti sanksiyalar paketi müzakirə olunub.

Rusiya neftinin daşınması üçün lazım olan xidmətlərin qadağan edilməsini nəzərdə tutan bu təklif Aİ-nin Rusiyaya qarşı planlaşdırılan 20-ci sanksiyalar paketinin əsas elementlərindən biri hesab olunur.

Qeyd edək ki, Aİ-də sanksiyaların qəbul edilməsi üçün bütün üzv dövlətlərin yekdil razılığı tələb olunur. Sayca 20-ci sanksiyalar paketinin fevral ayının sonunadək qəbul edilməsi planlaşdırılır.

İlqar Xudiyev Aİ sanksiyaları Rusiya Ukrayna

Xəbər Lenti