Japarov Taşiyevi Milli Təhlükəsizlik Komitəsinin sədri vəzifəsindən azad edib

Tarix: 10 Feb 2026 16:51

Qırğızıstan Nazirlər Kabineti sədrinin müavini – Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyev vəzifəsindən azad edilib.

APA Qırğızıstan mediasına istinadən xəbər verir ki, bu barədə Prezident Sadır Japarov fərman imzalayıb.

Japarov bu qərarı cəmiyyətdə parçalanmanın qarşısını almaq istəyi ilə izah edib.

“İlk növbədə, mən bu qərarı dövlətimizin mənafeyi naminə, cəmiyyətdə, o cümlədən dövlət qurumları arasında parçalanmanın qarşısını almaq, birliyi möhkəmləndirmək məqsədi ilə qəbul etdim”, – mətbuat katibi Asqat Alagozov Prezidentin sözlərindən sitat gətirib.

Qeyd edək ki, Kamçıbek Taşiyev 2020-ci ilin oktyabr ayında Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə təyin olunub.

Dövlət Milli Təhlükəsizlik Komitəsi Kamçıbek Taşiyev Sadır Japarov

Xəbər Lenti