Çərşənbə, 11 Ferval, 2026
Tarix: 10 Feb 2026 23:01
İstefası ilə bağlı şayiələrə münasibət bildirən Böyük Britaniyanın Baş naziri Kir Starmer növbəti seçkilərə qədər Leyborist Partiyasının lideri olaraq qalmaq niyyətində olduğunu açıqlayıb.
APA xəbər verir ki, Starmer bu barədə “Sky News”a açıqlaması zamanı danışıb.
"Bəli, mən bunu etməyi planlaşdırıram. Mənim dəyişiklikləri həyata keçirmək üçün beş illik mandatım var. Mən qalmaq və məni seçmələrinin səbəbi olan işi görmək, yəni dəyişiklikləri həyata keçirmək niyyətindəyəm", - Starmer deyib.
Qeyd edək ki, növbəti seçkilərin 2029-cu ildə keçirilməsi gözlənilir. Lakin buna baxmayaraq Britaniyada parlamentin istənilən vaxt seçki keçirmək səlahiyyəti var.