Çərşənbə, 11 Ferval, 2026
Tarix: 11 Feb 2026 07:43
Rusiya ordusunun Ukraynanın Xarkov vilayətinə atdığı "Şahed" raketi şəxsi evə dəyib.
APA xəbər verir ki, bu barədə Xarkov Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Sinegubov öz “Telegram” kanalında məlumat verib.
O Xarkovun Boqoduxov şəhərinə raket düşməsi nəticəsində bir evin dağıldığını və dağıntılar altında üç uşağın qaldığını bildirib.
Dağıntılar altından uşaqlarla birlikdə 34 yaşlı bir kişi meyiti də çıxarılıb.
Hadisə nəticəsində bir neçə nəfərin də xəsarət aldığı bildirilir.