Çərşənbə, 11 Ferval, 2026
Tarix: 11 Feb 2026 13:32
"Telegram"ın məhdudlaşdırılmasına təəssüflənmək olar, amma qanun icra olunmalıdır.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Rusiyada "Telegram"ın məhdudlaşdırılmasına münasibət bildirərkən deyib.
Məhdudiyyətlərin mümkün nəticələrindən danışan Peskov "Telegram" vasitəsilə cəbhədə ünsiyyətin mümkün olmayacağını vurğulayıb.
Kreml sözçüsü əlavə edib ki, "Telegram" ilə əlaqələr davam edir, lakin messencer qanuni tələblərə əməl etməyincə, Roskomnadzor məhdudiyyətlər tətbiq edəcək.
Fərid Əkbərov Kreml Rusiya "Telegram" Roskomnadzor