Paşinyan: TRIPP sazişinin layihəsi ilə bağlı şərhlərimizi yaxın günlərdə ABŞ-a çatdıracağıq

Tarix: 11 Feb 2026 17:43

Ermənistan yaxın günlərdə “Tramp marşrutu” haqda saziş layihəsi üzrə şərhlərimizi ABŞ-a təhvil verəcək.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı bildirib.

O qeyd edib ki, hazırda layihənin texniki-iqtisadi tədqiqi aparılır.

Baş nazirin sözlərinə görə, saziş layihəsi iki ölkənin hökumətləri tərəfindən təsdiq edilmiş çərçivə sənədinə əsaslanacaq.

Xəbər Lenti