Çərşənbə, 11 Ferval, 2026
Tarix: 11 Feb 2026 18:11
Rusiya Dövlət Dumasının deputatı, Ədalətli Rusiya partiyasının sədei Sergey Mironov Teleqram messencerinin bloklanmasının əleyhinə çıxıb.
APA-nın Moskva bürosu xəbər verir ki, siyasətçi mesencerin məhdudlaşdıranları əclaflar adlandırıb. "Teleqramı əclaflar məhdudlaşdırır! Kim bunu edirsə, SVO-ya getsin. Bu messencer ön cəbhədə yeganə əlaqə vasitəsidir. Kimsə qərar verir ki, messenceri yavaşıtmaq lazımdır. Bunu axmaqlar edir. Bu, sadəcə, təxribat deyil, xəyanətdir. Orada insanlar Rusiya üçün, rus dünyası üçün ölür, bəs siz nə edirsiniz? Ağlınızı başınıza alın!", - Mironov bildirib. Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov Teleqramın məhdudlaşdırılmasına təəssüfləndiyini, lakin messencerin Rusiya qanunlarına tabe olmalı olduğunu söyləyib.
Fərid Əkbərov Rusiya Telegram