Kreml: Rusiya "Sülh Şurası"nın ilk iclasında iştirak etməyi planlaşdırmır

Tarix: 11 Feb 2026 18:46

Rusiya "Sülh Şurası"nın ilk iclasında iştirak etməyi planlaşdırmır.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib . Onun sözlərinə görə, şuranın ilk iclasında Kremldən heç kim iştirak etməyəcək. "Şuranın mövzusu hələ də Xarici İşlər Nazirliyində öyrənilir", - Kremlin sözçüsü vurğulayıb. Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın təşəbbüskarı olduğu “Sülh Şurası”nın ilk iclası fevralın 19-da keçiriləcək.

Fərid Əkbərov Rusiya Sülh Şurası

Xəbər Lenti