Türkiyə Yunanıstanla ticarət dövriyyəsini 10 milyard dollara çatdırmağı hədəfləyir

Tarix: 11 Feb 2026 21:20

Türkiyə Yunanıstanla ötən il 7 milyard dollara çatan ticarət dövriyyəsini 10 milyard dollara yüksəltmək niyyətindədir. APA-nın Türkiyə bürosunun məlumatına görə, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan bildirib.

“Yunanıstanla Türkiyə arasında ötən il 7 milyard dollara çatan ticarət dövriyyəsinin 10 milyard dollara yüksəldilməsi hədəfi istiqamətində işləri qətiyyətlə davam etdirmək niyyətindəyik”, – deyə Ərdoğan qeyd edib.

Prezident Yunanıstanın Baş naziri Kiriakos Mitsotakislə görüş zamanı ticarət əlaqələri ilə yanaşı, Egey dənizi və Şərqi Aralıq dənizi ilə bağlı məsələlərin açıq və səmimi şəkildə müzakirə olunduğunu bildirib. O, regional problemlərin dialoq və qarşılıqlı anlaşma yolu ilə idarə edilməsinin vacibliyinə diqqət çəkərək, məsələlərin beynəlxalq hüquq əsasında həllinin mümkün olduğunu vurğulayıb.

Dəryanur Cəfərova

Xəbər Lenti